Fərman Şəkili vəfat etdi

Fərman Şəkili vəfat etdi
calendar 6 mart 2013
clock 17:25

Dünən aktyor Fərman Abdullayev 58 yaşında uzun sürən ağır xəstəlikdən vəfat edib.

Bu barədə aktyorun yaxınları Kulis.Az-a məlumat verib.

Aktyor bu gün dəfn olunub.

Fərman Şəkili «Fransız», «Həm ziyarət, həm ticarət», İstanbul reysi», «Sarı gəlin», «Yalan», «Otel otağı», «Yarımştat» kimi film və teletamaşalarda müxtəlif obrazlar yaradıb.

Uzun müddət Şəki Dövlət Dram teatrında çalışıb. Müxtəlif beynəlxalq festivallarda uğur qazanıb. Onu ən çox tanıdan və sevdirən obrazı isə televiziya proqramında yaratdığı Şurum Burum obrazı olub.

Allah rəhmət eləsin!

view 6713 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news