Dərbənd teatrı festivalda

Dərbənd teatrı festivalda
calendar 7 avqust 2015
clock 16:16

Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Dram Teatrı 29 iyul - 3 avqust tarixlərində Türkiyənin Bartın şəhərində keçirilən Türkiyə Teatrlar Görüşü İNKUMU-2015 teatr festivalında iştirak edib. Kulisin məlumatına görə teatrının direktoru Yadulla Haşimov türkiyəli həmkarı Rasim Aşınla "Qonşu teatrlar" adı altında seminar keçirib.

Dərbənd Azərbaycan Dövlət Teatrının baş rejissoru Toğrul Kamalov iki gün aktyor sənəti üzrə, bir gün rejissor sənəti üzrə dərslər keçmiş, sonuncu gün isə dərslərin sonu olaraq, iki kiçik tamaşa hazırlayaraq tamaşaçılar qarşısında çıxış edib. Çıxışlar tamaşaçı və festival iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Teatr gələcəkdə keçiriləcək bir sıra festivallara dəvət alıb.

view 932 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news