Filmimiz beynəlxalq mükafat aldı

Filmimiz beynəlxalq mükafat aldı
calendar 25 sentyabr 2017
clock 15:29

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Çölçü” filmi Kəlküttə beynəlxalq “Cult” filmləri festivalının “Golden Fox Awards” (“Qızıl tülkü”) mükafatının qalibi olub.

Kinostudiyadan verilən məlumata görə, Hindistanın Kəlküttə şəhərində dekabrın 5-6-da keçiriləcək festivalın mükafatlandırma mərasiminə filmin rejissoru Şamil Əliyev dəvət alıb.

Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 32 beynəlxalq kinofestivalda və forumda nümayiş olunub və müxtəlif mükafatlar qazanıb. /azertag.az/

view 1876 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news