Bakıda erotik tamaşa göstərildi

Bakıda erotik tamaşa göstərildi
calendar 21 may 2018
clock 15:55

ADO müstəqil teatrı “MimOda” adlanan erotik tamaşasını təqdim edib.

Kulis.az-ın verdiyi xəbərə görə, “18+” yaş senzi ilə təqdim olunan tamaşa uzun zaman fasilədən sonra oynanılıb.

“MimOda” tamaşası 2015-ci ildə hazırlanıb təqdim olunmuş və birmənalı qarşılanmamışdı. Xeyli müddət tamaşanın oynanılması dayandırılmışdı.

“MimOda” iki evsiz adamın sevgisindən danışır. Onlar düşünür ki, sevginin dili yoxdur. Və elə ki məsələ danışmaq mərhələsinə keçir, hadisələr dəyişməyə başlayır.

Tamaşanın rejissoru İmam Həsənovdur. Əsas rollarda Elmin Bədəlov, Elza Furtado və Sabir Məmmədov çıxış edirlər.

view 1972 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news