Elçinin pyesi İtaliyada oynanılır

Elçinin pyesi İtaliyada oynanılır
calendar 19 sentyabr 2017
clock 11:03

İtaliyanın Aurum-Larqo Qardone Riverada teatrı Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında hazılanmış tamaşasını avqustun 23-dən tamaşaçılara təqdim edir.

Kulis.az-ın Azertag.az-a istinadən verdiyi xəbərə görə, pyes buklet və afişalarda “təkrarolunmaz, müqayisə edilməz, qeyri-adi, mükəmməl” əsər kimi qiymətləndirilir. Pyesi ingilis dilindən italyancaya Marqerita Kristiani tərcümə edib.

Tamaşanın quruluşçu rejissoru Patrizia Di Filviani, bəstəkarı Gulio Skokkiadır.

Əsas rolları İtaliyanın tanınmış aktyorları Q. Silveri, D. Jiglia, A. Petrone, A. Talotti və başqaları ifa edir. Bütün tamaşalar anşlaqla keçir.

view 1045 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news