Sumqayıtda yeni kinoteatr tikilir

Sumqayıtda yeni kinoteatr tikilir
calendar 20 iyun 2019
clock 13:43

Sumqayıtda kinoteatrın tikintisinə start verilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 2-ci mikrorayonu ərazisində kinoteatrın inşasına başlanılıb. Belə ki, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş "Nizami" kinoteatrı sökülərək yenidən tikilir.

Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr ilin sonuna kinosevərlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, müstəqillik dönəmində Sumqayıtda kinoteatr sektoru ümumiyyətlə sıradan çıxmışdı.

view 3093 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news