Xəyanət haqqında film təqdim olundu

Xəyanət haqqında film təqdim olundu
calendar 4 aprel 2019
clock 10:52

Aprelin 3-də Nizami Kino Mərkəzində daha bir yerli kommersiya filminin təqdimatı baş tutub.

Kulis.az-ın verdiyi xəbərə görə, “Dalan” adlanan yeni filmin baş prodüseri və quruluşçu rejissoru Elvin Rüstəmzadə, ssenari müəllifi Səbinə Əhmədlidir. Baş rollarda Sevinc Əliyeva, Ziya Ağa, Manaf Ağayev, Oqtay Mehdiyev və Münəvvər Əliyeva çıxış edirlər.

Filmin süjeti bir-birinə bağlanan xəyanətlər zənciri üzərində qurulub. “Dalan”da hər kəs xəyanət edir, daha düzü hər kəs seçimlərinin torunda çabalayır. Hər tərəfdən çarə axtaran qəhrəmanlar çıxış sandıqları hər yolda dalana dirənirlər.

"Dalan" film artıq kinoteatrlarda nümayişə buraxılıb.

view 4900 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news