Şimali Koreya liderini ələ saldılar

Şimali Koreya liderini ələ saldılar
calendar 23 iyun 2014
clock 10:21

Şimali Koreya hakimiyyəti Kim Çen İnin qətlindən bəhs edən “Müsahibə” komediyasının müəlliflərini ittiham edib. Film iki teleaparıcının Şimali Koreya liderindən müsahibə almasından, xüsusi xidmət orqanlarının onlara diktatoru öldürmək tapşırığı verməsindən bəhs edir.

“The Telegraph” qəzetinə verdiyi müsahibədə hökumətin mətbuat katibi Lim Men Hol filmi Amerika hakimiyyətinin və cəmiyyətinin çarəsizliyi adlandırıb:

“Xarici dövlət rəhbərinin qətli haqda film Amerikanın Əfqanıstanda, İraqda, Suriyada, Ukraynada nələr elədiyini göstərir. Onu da unutmayaq ki, Con Kennedini də amerikalılar öldürüb”.

Onun fikrincə, Britaniyanın Ceyms Bond haqda filmləri, edam və qətldən ibarət olan Hollivud filmlərindən maraqlıdır.

Bu ilin payızında ekrana çıxacaq film artıq tənqidçilər arasında mübahisələrə səbəb olub.

Onların fikrincə Kim Çen İn haqda komediya Qərblə Şimali Koreya arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirəcək.

view 3544 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news