“Sevgisizlik” Londonda Qran-Pri aldı

“Sevgisizlik” Londonda Qran-Pri aldı
calendar 16 oktyabr 2017
clock 09:44

Rus rejissor Andrey Zvyagensevin “Sevgisizlik” adlı yeni flmi 61-ci Beynəlxalq London KinoFestivalında (BFI London Film Festival) Qran-Pri qazanıb. Kulis.azın rus məbuatına istinadən verdiyi məlumata görə “Sevgisizlik” rəsmi müsabiqədə iştirak edən yeganə rus filmi olub.

Filmin prodüser bildirib ki, mükafatı Andrey Zvyagensevin istedadının qəbul olunması kimi qiymətləndirir.

Premyerası Kann festivalında baş tutan filmin Britaniya kinoteatrlarında gələn ilin fevral ayında nümayiş olunacaq.

view 1600 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news