Almadovarın filmi Oskara namizəd oldu

Almadovarın filmi Oskara namizəd oldu
calendar 6 sentyabr 2019
clock 11:20

İspaniya xarici dildə ən yaxşı film nominasiyasına Pedro Almadovarın “Ağrı və şöhrət” filmini Oskara namizəd seçib.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəöbərə görə, İspaniya Akademiyası bu filmi Alexandro Amenabarın “Müharibə zamanı” və Salvador Simonun “Bünüel tısbağa labirintində” animasiyasının arasından seçib.

Xatırladaq ki, Almadovar 2000-ci ildə “Anam haqqında hər şey”, 2002-ci ildə “Onunla danış” filmlərilə Oskar mükafatını qazanıb.

“Ağrı və şöhrət”Almadovarın avtobioqrafik xarakterli filmidir. Filmdə Hollivud ulduzları Antonio Banderas və Penelopa Kruz çəkiliblər.

view 2009 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news