Yuğ Teatrı bu gün yeni mövsümə başlayır

Yuğ Teatrı bu gün yeni mövsümə başlayır
calendar 20 sentyabr 2016
clock 12:03

Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümə start verir. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə yeni mövsümün açılışı “Naməlum Axundzadə” (M.F.Axundzadə) tamaşası ilə olacaq.

Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı isə Ramiq Mehdidir.

Tamaşada əməkdar artistlər Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Zümrüd Qasımova, Hikmət Rəhimov çıxış edir.

Tamaşa Azərbaycan Dövlət Kukla Teatrının binasında bu gün, saat 19:00-da başlayacaq.

view 1059 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news