Şvartsneqqer ürəyindən əməliyyat olundu

Şvartsneqqer ürəyindən əməliyyat olundu
calendar 2 aprel 2018
clock 10:43

Məşhur Hollivud aktyoru Arnold Şvarsneqqer təcili olaraq ürəyindən əməliyyat olunub.

Kulis.az-ın rus saytlarınma istinadən verdiyi xəbərə görə, açıq ürək əməliyyatından sonra aktyor özünü yaxşı hiss etdiyini deyib. Ayıldıqdan sonra onun ilk sözləri “Mən qayıtdım” olub.

Xatırladaq ki, bu, kino tarixində məşhur olan ifadədir.

Arnold Şvarsneqqer bu yaz “Terminator” filminin 6-cı seriyasına çəkilməli idi.

view 1155 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news