“Nağıllar aləmində”nin premyerası olacaq

“Nağıllar aləmində”nin premyerası olacaq
calendar 11 iyun 2015
clock 09:48

İyunun 11-də saat 19:00-da Akademik Milli Dram Teatrında “Nağıllar aləmində” adlı yeni tamaşanın premyerası olacaq. Kulisin məlumatına görə folklor nümunələri əsasında hazırlanmış tamaşanın bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rejissoru Xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur.

Əsasən, gənclərlə hazırlanan tamaşada Güney Əliyeva (Meşə pərisi), Aygün Baxışlı (Ana keçi), Nigar Məmmədova (Sərçə), Fidan Cəfərova (Qırmızı papaq), Günel İmanova (Qoğal), Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov (Baba, Tülkü), Adil Dəmirov (Məngül), Murad İsmayılov (Bəy), Ülvi Həsənov (Canavar) və Əlləz Əhmədov (Aşıq) iştirak edirlər.

Bir hissəli nağıl tamaşanın xronometrajı 80 dəqiqədir.

view 1974 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news