“Cinayət və Cəza”da oynayan aktyor öldü

“Cinayət və Cəza”da oynayan aktyor öldü
calendar 15 noyabr 2017
clock 10:33

Sovet və rus aktyoru Vitali Şapovalov vəfat edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, tanınmış aktyor 79 yaşında həyatla vidalaşıb.

Uzun müddət xəstəxanada müalicə alan Vitali ağır əməliyyatdan sağ çıxmayıb.

Vitali Şapovalov “Sovremennik” teatrının ən parlaq aktyorlarındandır. “Cinayət və Cəza”, “Master və Marqarita”, “Puqaçov”, “Boris Qodunov” və s. filmlərdə rol alıb.

view 1225 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news