Belçikalı rejissor Natəvandan film çəkəcək

Belçikalı rejissor Natəvandan film çəkəcək
calendar 19 iyul 2018
clock 11:48

Belçikalı rejissor Mişel İvo Xurşidbanu Natəvanın həyatı barədə sənədli film çəkmək niyyətində olduğunu bildirib.

Kulis.azın akademiyanın saytına istinadən verdiyi xəbərə görə, rejissor filmlə bağlı Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna müraciət edib və institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovla görüşüb.

O, Natəvanın əsərlərinin Əlyazmalar İnstitutunda saxlanan əlyazmaları, ona dair sənədlər, eləcə də şairin rəsmli albomu ilə tanış olub.

view 1103 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news