Kann kinofestivalının proqramı bəlli oldu

Kann kinofestivalının proqramı bəlli oldu
calendar 18 aprel 2019
clock 14:24

Bu il 14-25 may tarixində keçiriləcək 72-ci Kann kinofestivalı Cim Carmuşun “Ölülər ölmürlər” filmi ilə açılacaq.

Kulis.az-ın festivalın rəsmi saytına istinadən verdiyi xəbərə görə, əsas müsabiqə proqramı da bəlli olub.

Əsas müsabiqə proqramında Cim Carmuşun filmi ilə yanaşı Pedro Almadovarın “Ağrı və şöhrət”, Marko Belyokkonun “Satqın”, Darden qardaşlarının “Gənc Əhməd”, Ken Louçun “Bağışla səninçün darıxmışıq”, Ksavye Dolanın “Matye və Maksim”, Terens Malikin “Gizli həyat”, Cessika Hausnerin “kiçik Jo”, Bong Yon Honun “Parazit”, Eliya Süleymanın “Bu cənnət olmalıdır” filmləri yer alıb.

Xüsusi baxış proqramında isə Verner Hersoq, Abel ferrara, Alen Kavalyer kimi rejissorların filmləri iştirak edir.

Nümayiş proqramına krım tatar rejissoru Nəriman Əliyevin “Evge”, Məryəm Tuzaninin “Adam”, Olivye Laksenin “O günəş ki batmır”, Monio Çokrinin “Qardaş məhəbbəti” filmləri seçilib.

view 2180 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news