“Yuğ” "Kukla" Teatrına köçdü

“Yuğ” "Kukla" Teatrına köçdü
calendar 26 yanvar 2016
clock 12:23

“YUĞ” Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirəcək. Kulisin teatrın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə bu barədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi qərar verib.

“Yuğ” yeni binada fevralın 1-dən fəaliyyətə başlayacaq. Teatrdan verilən məlumatda deyilir: “Şübhəsiz ki, 10 ildən artıq bir müddətdə fəaliyyət göstərdiyimiz binadan ayrılmaq, yeni məkanda, yeni şəraitdə işləmək elə də asan olmayacaq. Amma teatrımızın kollektivi bu çətinliklərin öhdəsindən gəlmək, yeni məkanda – Dövlət Kukla Teatrının binasında öz yaradıcılıq yolunu davam etdirmək əzmindədir. Tezliklə yeni məkanda, yeni yaradıcılıq işləri ilə görüşmək ümidi ilə.”

view 1209 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news