Yuğ Teatrının direktoru Tramvay Festivalında

Yuğ Teatrının direktoru Tramvay Festivalında
calendar 16 sentyabr 2016
clock 15:36

Yuğ Teatrının direktoru Tərlan Rəsulov Şotlandiyanın Qlazko şəhərində işgüzar səfərdədir. Kulis.azın məlumatına görə o, 15-25 sentyabr tarixlərində Qlazkoda keçirilən Tramvay Festivalına mütəxəssis kimi dəvət alıb.

Tramvay festivalının beynəlxalq proqramına çox sayda tamaşalar, təsviri incəsənət nümunələri daxildir. Festival çərçivəsində həmçinin çoxlu görüşlər və müzakirələr keçiriləcək. Festivalın əsas proqramını fiziki qüsuru olan aktyorların iştirakı ilə hazırlanan tamaşalar təşkil edir. Yuğ Teatrının direktoru səfər çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı bir sıra görüşlər də keçirəcək.

view 1239 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news