Qarabağ müharibəsi rus zabitinin gözüylə PREMYERA

Qarabağ müharibəsi rus zabitinin gözüylə PREMYERA
calendar 7 may 2015
clock 10:14

Mayın 9-da saat 19:00-da Nizami Kino Mərkəzində “Yarımçıq xatirələr” bədii filminin təqdimatı keçiriləcək. Kulisin Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, film İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə istehsal edilmiş filmin rejissoru Elxan Cəfərovdur.

Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Böyük Vətən müharibəsi qəhrəmanı yaşının ahıl çağında doğma Qarabağın müdafiəsinə qalxır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir.

Əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılan ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov, Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Vadim Şafranskiy, Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Rollarda Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkevbiç, Aleksandr Pavlov, İvan Matskeviç, Karim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov və başqaları çəkiliblər.

view 1054 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news