Məşhur cizgi filmi qəhrəmanları uşaqların evində

Məşhur cizgi filmi qəhrəmanları uşaqların evində
calendar 22 avqust 2016
clock 10:15

Azərbaycan, Gürcüstan və Rusiya sənətçilərinin birgə layihəsi əsasında “Buzlar diyarı” və “Patrul köpəklər” adlı iki yeni uşaq tamaşası hazırlanır.

Hər iki tamaşa Azərbaycan və rus dillərində nümayiş olunacaq. “Buzlar diyarı” tamaşasının premyerası oktyabrın 22-də , “Patrul köpəklər” tamaşasının premyerası isə oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.

Qeyd edək ki, ən son səhnə texnologiyalarından və müasir audiovizual vasitələrdən istifadə etməklə hazırlanan tamaşalarda istifadə olunacaq geyimlər və kuklalar Moskvada yüksək səviyyəli peşəkar geyim rəssamları tərəfindən hazırlanıb.

Balaca tamaşaçıların zövqünü oxşayacaq səhnə əsərləri tamaşaçılara unudulmaz təəssüratlar yaşadacaq. Təşkilatçılar tamaşaçıları sevindirmək üçün daha bir sürpriz edib. Artıq tamaşaçılar sevimli cizgi filmlərinin qəhrəmanlarını evlərində görmək şansı qazanıb. Belə ki, @baku_afisha instagram səhifəsində keçirilən müsabiqənin nəticələrinə əsasən müəyyənləşdirilən üç qalibin evlərinə sevimli qəhrəmanları qonaq gələcək. /Azertac/

view 1707 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news