Tanınmış jurnalistin filmi beynəlxalq festivalda

Tanınmış jurnalistin filmi beynəlxalq festivalda
calendar 30 yanvar 2017
clock 16:43
İsveçrənin Lozanna şəhərində keçiriləcək film festivalına tanınmış jurnalist, Lent.Az İnformasiya Agentiyinin əməkdaşı Səbuhi Məmmədlinin ssenari müəllifi olduğu “Rast” filmi də dəvət alıb. Kulis.Azın Lent.az-a istinadən verdiyi xəbərə görə, “Ouchy film awards” adlanan film festivalında “Rast” ən yaxşı sənədli film nominasiyasında yarışacaq.
Filmin rejissoru Nihad İsadır. “Rast” Azərbaycan mədəniyyəti və ədəbiyyatından bəhs edir. Filmin operatoru isə İtaliyanın tanınmış kino ustalarından olan Françesko Feyidir.
view 1302 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news