Alen Delon "Qızıl Palma budağı"na layiq görülüb

Alen Delon "Qızıl Palma budağı"na layiq görülüb
calendar 18 aprel 2019
clock 13:59

Kino ulduzu Alen Delon Kann kino festivalının fəxri “Qızıl palma budağı” ilə mükafatlandırılacaq.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Kann kinofestivalının baş direktoru Terri Fremo xəbər verib.

“Biz xoşbəxtik ki, Alen delon bu mükafatı almağa razılaşdı. O, canlı əfsanə, ikonadır” deyə, o, bildirib.

Xatırladaq ki, bundan daha əvvəl Kann festivalının fəxri mükafatına Vudi Allen, Anyes Vayda, Bernardo Bertolluççi, Jan Pol Belmondo və Ceyn Fond layiq görülüb.

view 2687 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news