“Qızıl Pəri”nin qalibləri dekabrda elan olunacaq

“Qızıl Pəri”nin qalibləri dekabrda elan olunacaq
calendar 2 oktyabr 2015
clock 16:54

“Qızıl Pəri” mükafatı nominantlarının adları noyabrın əvvəlində elan olunacaq. Təşkilat Komitəsinin Kulisə verdiyi məlumata görə qaliblər 30 nəfərdən ibarət Münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Qaliblərin elan olunması və mükafatların təqdimetmə mərasimi isə Dünya kinosunun yaranmasının 120 illiyi tarixində - 28 dekabr 2015-ci ildə keçiriləcək.

Azərbaycan Kinorejissorlar Gildiyasının təsis etdiyi “Qızıl Pəri” müsabiqəsinə təqdim olunan ərizə formalarının qəbulu 01 oktyabr 2015-ci il tarixində başa çatıb. Mükafatın reqlamentində ilkin müəyyənləşdirilmiş 15 nominasiya üzrə nominantlığa namizəd olan 187 ərizə forması daxil olub. Daxil olmuş ərizə formaları, reqlamentdə nəzərdə tutulmuş audiovizual əsərlərin bütün janrlarını və peşələrini əhatə edir.

view 1534 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news