“Ezop” qəhrəmanlıq komediyası maraqla qarşılanıb

“Ezop” qəhrəmanlıq komediyası maraqla qarşılanıb
calendar 14 fevral 2018
clock 10:13

Beynəlxalq Muğam Mərkəzində Gilyerme Fiqeyredonun “Ezop” qəhrəmanlıq komediyası təqdim edilib.

Səhnə əsəri Muğam Mərkəzi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində reallaşıb.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, universitet tələbələrinin iştirakı ilə nümayiş edilən tamaşanın quruluşu Xalq Artisti Cənnət Səlimovaya, musiqisi isə Cahangir Zülfüqarova məxsusdur.

Tamaşada rolları gənc aktyorlar Hilal Dəmirov, Sevgin Rzayeva, Corc Qafarov, Könül Ələkbərova, Orxan İsgəndərli və Məhəmməd Musayev canlandırıblar.

view 1535 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news