Amerika daha haranı tutacaq?-FİLM

Amerika daha haranı tutacaq?-FİLM
calendar 30 iyul 2015
clock 15:01

“Farenqeyt9/11” sənədli filmi ilə məşhurlaşmış rejissor Maykl Mur yeni film çəkib. Kulisin rus mətbuatına istinadən verdiyi xəbərə görə film “Daha hara soxulmalı” (Where to Invade Next) adlanır.

Çəkilişlər öncədən elan edilmədən, gizli şəkildə aparılıb. Film sentyabrda Beynəlxalq Toronto Festivalında təqdim olunacaq.

Filmin mövzusu ABŞ-ın xarici siyasəti barədədir. Rejissor bildirir ki, ABŞ-ın daima müharibə aparması hər zaman onu narahat edib: “Bu mənə yeni satirik komediyam üçün mövzu verdi. Biz hazırda elə dövrdə yaşayırıq ki, ABŞ-a daima bir düşmən lazımdır. ”

Yeni filmdə Mur sual qoyur: ABŞ-ın növbəti düşməni kim olacaq?

view 1039 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news