Dağıstan Teatrında “Elanla gəlin” tamaşası oynanıldı

Dağıstan Teatrında “Elanla gəlin” tamaşası oynanıldı
calendar 4 may 2015
clock 17:26

Dağıstanın Dərbənd Dövlət Azərbaycan Dram Teatrı “Elanla gəlin” adlı yeni tamaşasını teatrsevərlərin ixtiyarına verib. Kulisin məlumatına görə komediyanı Azərbaycan dilinə Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Yaqut Xandadaşova tərcümə edib.

İtaliya dramaturqu K.Haldoni “Elanla gəlin” (pyesin digər adı “Müsabiqə ilə nigah”dır) əsərini yaradıcılığının son dövrlərində yazıb.

Teatrın direktoru Yadulla Həşimovun məlumatına görə, tamaşanın quruluşçu rejissoru beynəlxalq teatr festivalları laureatı, “Turandot” Teatrının bədii rəhbəri Vladimir Jukov, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Tamaşada Əlimövsüm Abbasov, Kəmalə Rzayeva, Rəhilə Ömərova, Əfsanə Məlikova, Məhərrəmov Ömərov, Dinşah Abdulqafarov, Hörmət Aslanov, Canpolad Əmiyev, Furqat Aslanzadə, Sərxan Səmədov, Saladunxan Bədirxanov, Diləfrüz Şıxməmmədova, Təhminə Ömərova, Mədinə Hacıağayeva, Nazim Bəybalayev və Səidə Əliyeva çıxış edirlər.

view 1512 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news