Rejissorumuzun filmi beynəlxalq festivalda təqdim olunacaq

Rejissorumuzun filmi beynəlxalq festivalda təqdim olunacaq
calendar 3 avqust 2017
clock 09:38

Tanınmış kinorejissor və ssenarist Elçin Musaoğlunun Türkiyədə baş vermiş 15 iyul dövlət çevrilişi cəhdi zamanı yaşanan hadisələr barədə ekranlaşdırdığı sənədli film 7-ci Malatya Beynəlxalq Film Festivalında təqdim ediləcək.

Bu barədə Anadolu Agentliyinə kinorejissor özü məlumat verib. Onun sözlərinə görə, “15 iyul gecəsi” adlı filmin çəkilişləri Azərbaycan və Türkiyədə (Ankara, İstanbul, Malatya) aparılıb. Filmdə Xalq Artisti Azərin də iştirak edir.

Qeyd edək ki, sözügedən festival noyabrın 9-dan 16-dək davam edəcək.

view 979 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news