"İkinci pərdə" filminin treyleri yayıldı -Video

"İkinci pərdə" filminin treyleri yayıldı -<span style="color:red;">Video
calendar 29 sentyabr 2017
clock 10:53

“Pərdə” sosial dramının rejissoru Emin Quliyevin ikinci filmi nümayişə hazırdır.

Kulis.az-ın verdiyi xəbərə görə, “İkinci pərdə” adlanan eyni janrlı film noyabrın 16-dan kinoteatrlarda nümayiş olunacaq.

“Art Film Baku”nun istehsalı olan filmdə prodüsser Orxan Mərdan, əsas rollarda aktyorlar Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov çəkilib.

Filmin tizerindən süjetin xəyanət və cinayət motivləri üzərində qurulması bəlli olur.

Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir.

view 1138 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news