Şəfiqə Məmmədova: “Yaradıcılıqda hər şey olur”

Şəfiqə Məmmədova: “Yaradıcılıqda hər şey olur”
calendar 20 fevral 2017
clock 17:28

Aktrisa Şəfiqə Məmmədova “Bizim Cəbiş müəllim” filminə salınmayan səhnəylə bağlı Qafqazinfo.az saytına münasibət bildirib. Kulis.az onun fikirlərini təqdim edir:

“Film 1969-cu ildə çəkilib, yayımlanıb. İllər boyu insanlar bu filmə baxıb və baxır. Kim necə yozursa, yozsun. Onlar özləri istədikləri kimi film çəkərlər. Bu filmdə belə məqsəd güdülməyib, elə səhnələr nəzərdə tutulmayıb. Ssenari məndə, arxivimdədir. Yaradıcılıqda hər şey ola bilər. Yaradıcılıq prosessində nə yaranırsa, artıq filmdə əks tapır. İnsanlar bu səviyyədədir ki, 69-cu ilin filmini qurdalayır?

Böyük insanların ərsəyə gətirdiyi, gözəl aktyorların rol aldığı filmi qurdalayır? Kimsə elə yozmaq istəyirsə, belə səhnələri görmək istəyirsə, reallaşdırar. Bu, onların səviyyəsizliyidir. Həmin görüntülər filmə salınmayıb, burda nə var ki? Yaradıcı insanlar elə görməyib deyə, filmə salmayıblar. Bu, nə səviyyəsizlikdir?”

view 1183 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news