Sən kişi deyilsən - ŞEİR

Sən kişi deyilsən - <span style="color:red;">ŞEİR
calendar 24 oktyabr 2016
clock 16:23

Aysel Məmmədli

İnsan hansı dili sevirsə sevsin,

dərdini ana dilində deyir.

Harda maska dəyişsə də,

Hönkürür öz evində.

Harada yaşayırsa yaşasın,

İçində nisgili var vətənə.

Kimlə evlənir evlənsin,

Canı yanır sevdiyinə...

Gözlərini çək oralardan,

Sən aid olduğun yerdə deyilsən.

Dostlarının sevimlisi,

Tanışların əhatəsi,

Ananın dəyərlisi,

Və onun ...

Amma mənim ...

Deyilməyəcək sözlər çox olanda

Hər cümləmin sonu üç nöqtədir.

Bir sən bilirsən, bir də mən,

Hər cümləmin sonu dərddir, kədərdir-sənsən.

Amma sən kişi deyilsən..

view 1327 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news