˝Bir ömür, iki tale˝ kitabının təqdimatı və imza günü keçiriləcək

˝Bir ömür, iki tale˝ kitabının təqdimatı və imza günü keçiriləcək
calendar 19 iyun 2023
clock 21:41

23 iyun saat 15:00 da "LİBRAFF"ın Park Akademiya filialında Fransada yaşayan azərbaycanlı yazıçı Şain Sinarianın müəllifi olduğu ˝Bir ömür, iki tale˝ kitabının təqdimatı və imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, müəllifin çoxillik araşdırmalarının nəticəsi olan kitab “Fransanın Milli Qəhrəmanı” adlandırılan “Xarqo” ləqəbli Əhmədiyyə Cəbrayılovun rəsmi bioqrafiyasıdır.

Tədbirdə müəlliflə görüşmək, xatirə fotosu çəkdirmək və suallarınızı ünvanlamaq imkanınız olacaq.

Fransa arxivlərindən tapılan materiallar, muzeylərdəki tarixi sənədlər, habelə fransız tarixçiləri və Akmed Mişelin cəbhə yoldaşları ilə söhbətlər əsasında yazılmış bu kitabda oxucu Əhmədiyyə Cəbrayılovun əslində kim olduğunu öyrənəcək.

view 1865 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news