“Ağ bığlılar” yenidən səhnədə

“Ağ bığlılar” yenidən səhnədə
calendar 3 dekabr 2019
clock 16:20

Azərbaycan Dövlət Pantomima Teatrında “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş edilib.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, səhnə əsəri Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda izlənilib. Tamaşada iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həmdə kədərli əhvalatlarından danışılır.

Həmçinin, tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.

Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa ediblər.

view 1669 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news