"Altın Kelebek" mükafatlandırma mərasimi təxirə salındı

 "Altın Kelebek" mükafatlandırma mərasimi təxirə salındı
calendar 28 fevral 2020
clock 18:44

Bu axşam keçirilməsi planlaşdırılan 47- ci “Pantene Altın Kelebek” mükafatlandırma mərasimi təxirə salındı.

Kulis.az xəbər verir ki, televiziya, kino və musiqi dünyasının ən prestijli mükafatları arasında yer alan “Pantene Altın Kelebek” mükafatlandırma mərasiminin keçirilməsi İdlibdə yaşanan qarşıdrumaya görə təxirə salınıb.

Qeyd edək ki, artıq 4 ildir ki, Azərbaycanlı sənətçilərin də yer aldığı “Pantene Altın Kelebek” mükafatlandırma mərasiminin bu ilki namizədlər arasında Xalq artisti Röya Ayxan, Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynallı, aktrisalar Oksana Rəsulova, Pərvin Abıyeva, müğənnilər Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, Elçin Cəfərov var.

Xatırladaq ki, bundan əvvəl "Altın Kelebek"in qalibləri Xalq artistləri Aygün Kazımova və Röya Ayxan olub.

view 1895 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news