“Arşın mal alan” nümayiş ediləcək

“Arşın mal alan” nümayiş ediləcək
calendar 2 mart 2020
clock 16:29

Martın 7-də Bakı Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunacaq.

On iki pərdəlik səhnə əsərinin quruluşçu rejissoru Tərlan Qorçu, quruluşçu rəssamları Elçin Məmmədov, Tərlan Qorçu, musiqi aranjmançısı Cavanşir Quliyev, kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslı, dekorasiya rəssamları Abbasəli Mustafayev, Elman Mirzəyev, Tərlan Qorçu, Zeynəb Kaadzedir.

Qeyd edək ki, səhnə əsəri xarici ölkələrdə müxtəlif dillərdə tamaşaya qoyularaq daima izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Tamaşa Marionet Teatrında ilk dəfə 30 il bundan əvvəl səhnələşdirilib. /azertag.az/

view 1879 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news