"Azərbaycan tarixində atılmış 5 ən yanlış addım" - Yeni kitab

"Azərbaycan tarixində atılmış 5 ən yanlış addım" - Yeni kitab
calendar 20 aprel 2020
clock 19:27

Sərdar Aminin yeni kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, tarixi faktlardan ibarət toplu Azərbaycan coğrafiyasına rəhbərlik etmiş şəxsiyyətlərin yanlışlarını hədəfə alıb. "Azərbaycan tarixində atılmış 5 yanlış addım" adlı kitabda Xürrəmilər, Səfəvilər, Xanlıqlar, SSRİ və müstəqillik dönəmində atılmış bir neçə yanlışdan bəhs olunur.

Müəllif iddia edir ki, həmin yanlışlar olmasaydı, indi həyatımız tamam başqa cürə olacaqdı. Nəşr olunan iddiaların hər biri tarixi sənədlərlə, nüfuzlu tarixçilərin qeydlərinə əsaslanıb.

Gallery

"Mücrü" nəşriyyatında işıq üzü görən araşdırma tezliklə təqdim ediləcək.

view 3813 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news