"Bakının qızları" mahnısının ifaçısı vəfat etdi

"Bakının qızları" mahnısının ifaçısı vəfat etdi
calendar 7 may 2020
clock 10:04

60- cı illərin məşhur estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.

Bu barədə Kulis.az-a sənətkarın yaxınları məlumat verib. 60-80 cı illər estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi, qastrolyor Cavanşir Əliyev 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi tele-radionun estrada orkestrinin, Rusiyada məhşur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.

Yaddaşlarda Oqtay Kazıminin "Bakının qızları" mahnısı ilə qalmış Cavanşir Əliyev səhnədə çox az müddətdə parlayıb.

view 3687 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news