“Bu, dəhşət mənzərədir!” – Salam Sarvan müharibədən danışdı

“Bu, dəhşət mənzərədir!” – Salam Sarvan müharibədən danışdı
calendar 2 oktyabr 2020
clock 14:15

“Əslində, bir az dərinə getsək, dünyada heç vaxt sülh olmayıb. “Sülh”, olsa-olsa, əbədi müharibənin arxa cəbhəsidir.”

Bu sözləri Kulis.az-a açıqlamasında tanınmış şair Salam Sarvan Qarabağda başlamış döyüşlərlə bağlı fikir bildirərkən söyləyib. O daha sonra əlavə edib:

“İndiki müharibə başını tutub ağlayan erməni əsgəri ilə çöhrəsindəki təbəssümlə kadrlara düşən Azərbaycan əsgərinin savaşıdır. Bu, dəhşətli mənzərədir. Görünür, qeyrətinə qurban olduğum qardaşlarımız bir xalq kimi mövcudluğumuz ərzində bizə ən böyük sevinci yaşatdıqlarının fərqindədirlər. Üzlərindəki sevinc, gözlərindəki gülüş də yəqin buna görədir. Düzü, mən oxuduqlarımın, eşitdiklərimin içində belə hala rast gəlməmişəm: söhbət əsgərlərimizin sevinc içində döyüşməsindən gedir. Yenə deyirəm: bu, dəhşətli mənzərədir!”

view 2618 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news