“Dəyər ver”in növbəti layihəsi Şuşaya həsr olunub

“Dəyər ver”in növbəti layihəsi Şuşaya həsr olunub
calendar 22 avqust 2020
clock 15:50

“Dəyər ver” komandası Azərbaycanın dilbər guşəsi olan Şuşa haqqında layihəyə imza atıb. Böyük şairə, xan qızı Xurşudbanu Natəvana həsr edilən layihə Şuşanın gözəlliyindən bəhs edir.

Kulis.az xəbər verir ki, üç dildə (Azərbaycan, rus və ingilis) təqdim olunan mahnını gənc müğənni Rilaya ifa edib. “Şuşa”nın musiqisi Natalya Qonçarovaya, sözləri Zəhra Bədəlbəyliyə məxsusdur.

Natiq Muxtarovun rejissorluğu ilə ərsəyə gələn layihənin koordinatoru Zaur Darabzadədir. “Dəyər ver”in növbəti layihəsi “Azərİpək” MMC-nin dəstəyi ilə həyata keçirilib.

view 1977 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news