"Mədəniyyət" kanalının direktoru Ali Baş Komandan haqqında mahnı oxudu - Video

"Mədəniyyət" kanalının direktoru Ali Baş Komandan haqqında mahnı oxudu - Video
calendar 20 noyabr 2020
clock 14:01

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə mahnı həsr olunub.

Kulis.az xəbər verir ki, “Qalib sərkərdə” adlanan mahnının musiqisi bəstəkar Azad Zahidə, sözləri isə Abdulla Qurbaniyə məxsusdur.

Əməkdar artist Ramil Qasımovun ifa etdiyi mahnıda Azərbaycanın II Qarabağ savaşında qazandığı qələbə və Ali Baş Komandanın Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edilir.

Əməkdar mədəniyyət işçisi Ülviyyə Könül “Qalib sərkərdə” üçün musiqi çarxı hazırlayıb. Musiqi çarxında Azərbaycan Ordusunun şücaəti, Ali Baş Komandanın çıxışları, Azərbaycan xalqına müraciəti yer alıb.

Qeyd edək ki, Ramil Qasımov "Mədəniyyət" kanalının direktorudur.

view 1936 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news