"Min bir gecə" Vyanada nümayiş olundu

"Min bir gecə" Vyanada nümayiş olundu
calendar 6 avqust 2020
clock 10:04

Fikrət Əmirovun “Min bir gecə” baleti Vyanada nümayiş olunub.

Kulis.az xəbər verir ki, Vyana Film Festivalında bu il ilk dəfə olaraq təşkilatçılar Azərbaycan klassik musiqisinə müraciət ediblər. Festival çərçivəsində avqustun 5-də görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə“ baleti nümayiş olunub. Tamaşa həm melodiya rəngarəngliyi, həm də səhnə tərtibatına görə tamaşaçılarda böyük maraq oyadıb.

Qeyd edək ki, festivalda təqdim olunan “Min bir gecə” baleti ötən il Bakıda Heydər Əliyev Sarayında Rusiyanın məşhur “Kreml baleti” teatrının quruluşunda təqdim olunub.

view 1705 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news