"Qadağan olunmuş zona" filminin ulduzu evində ölü tapıldı

"Qadağan olunmuş zona" filminin ulduzu evində ölü tapıldı
calendar 25 aprel 2020
clock 15:42

Amerikalı aktyor Dmitri Dyaçenko ABŞ-da vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, əslən Ukraynalı olan 53 yaşlı aktyorun cəsədi aprelin 22-də Floridadakı evində tapılıb. Onun aprelin 20-si axşam saatlarında öldüyü güman edilir. Aktyorun hansı səbəbdən dünyasının dəyişməsi ilə bağlı hələki məlumat verilməyib.Meyit hazırda məhkəmə ekspertləri tərəfindən araşdırılır.

Xatırladaq ki, Dmitri Dyaçenko Çernobl hadisəsindən bəhs olunan “Qadağan olunmuş zona” filmində oynadığı Yuri rolu ilə məşhurlaşmışdı. Bundan başqa aktyor “İndiana Cons”, “Kristal kəllə krallığı”, “Əsgər Ceyn” kimi məşhur filmlərdə də rol alıb.

view 2153 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news