"Qaraca qız" hekayəsi Fransada çap edildi

"Qaraca qız" hekayəsi Fransada çap edildi
calendar 3 fevral 2021
clock 15:10

Azərbaycan yazıçısı Süleyman Sani Axundovun məşhur “Qaraca qız” hekayəsi Fransada kitab kimi çap edilib.

Kulis.azın verdiyi xəbər görə, kitab Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında yayımlanıb. Yazıçı və hekayə haqqında məlumat nəşriyyatın internet saytına yerləşdirilib.

Hekayəni fransızcaya tərcüməçi Dilbadi Qasımov çevirib.

Xatırladaq ki, azərbaycanlılarla fransızların birgə layihəsi olan “Kəpəz” nəşriyyatı Azərbaycan ədəbiyyatının adı gedən ölkədə təbliği ilə məşğuldur. Nəşriyyat klassik əsərlərlə yanaşı çağdaş yazıçıların roman və hekayələrini də nəşr edir. editionskapaz.fr saytında isə mütəmadi olaraq Azərbaycana aid materiallar və bədii əsərlər fransız dilində yayımlanır.

No description available.

view 2166 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news