"Sevgi şimşəyi" təqdim olunacaq

"Sevgi şimşəyi" təqdim olunacaq
calendar 16 yanvar 2020
clock 18:45

Bakı Uşaq Teatrı Gənc Tamaşaçılar Teatrının səhnəsində “Sevgi şimşəyi” tamaşasını təqdim edəcək.

Kulis.az xəbər verir ki, böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Səhnə əsəri komediya janrında hazırlanıb.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltandır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalər Ağaverdizadə ifa edirlər. Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanıb.

Səhnə əsəri ilk dəfə Türkiyənin Bilecik şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında nümayiş edilib.

Gallery

view 2773 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news