“Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib

“Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib
calendar 7 mart 2020
clock 13:32

Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi Vaqif Nəzirov vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Sumqayıtın simvoluna çevrilmiş "Sülh göyərçini" abidəsinin müəllifi heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V. Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə Rəssamlar Akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb. Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini şəhərin abadlaşdırılmasına həsr edib.

view 2595 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news