"Tik-Tok"un direktoru istefa verdi

"Tik-Tok"un direktoru istefa verdi
calendar 27 avqust 2020
clock 14:18

Dünyada geniş yayılan “TikTok” video xidmətinin icraçı direktoru Kevin Mayer sonra istefa verib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Kevin Mayer Prezident Donald Trampın tətbiqi qadağan edəcəyi ilə bağlı hədələrindən sonra bu addımı atmaq qərarına gəlib. Trampın “Ti-Tok”la bağlı imzaladığı fərmanda həmçinin tətbiqin yaradıcısı “ByteDance” şirkətinin 90 gün ərzində ABŞ-dakı bütün aktivlərini satması və şirkətin verilən müddət ərzində istifadəçilərdən yığılan bütün məlumatları silməli və Xarici İnvestisiya Komitəsinə məlumat verməsi şərti qoyulub.

Xatırladaq ki, Kevin Mayer 2020-ci ilin mayında “TikTok”un baş icraçı direktoru təyin olunmuşdu.

view 2282 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news