“Üç müketyor” romanı növbəti dəfə film olacaq

“Üç müketyor” romanı növbəti dəfə film olacaq
calendar 13 fevral 2021
clock 11:25

“Pathe” kinostudiyası və prodüser Dmitri Rassam fransız yazıçısı Aleksandr Dümanın "Üç Müketyor" romanı əsasında iki hissəli film çəkəcək.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, filmdə baş rolları Eva Qrin, Vensan Kassel, Fransua Sivil kimi məşhur aktyorlar ifa edəcək.

73 milyon büdcəsi olan filmin rejissoru Marten Burbulondur.

Xatırladaq ki, Dümanın əfsanəvi romanı haqqında 150-dən çox film çəkilib. İlk film isə 1898-ci ildə ekranlaşıb.

view 1041 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news