“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb

 “Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
calendar 26 yanvar 2021
clock 19:20

“Ulduz” jurnalının 2021-ci il üçün ilk, yanvar nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalın bu nömrəsi “Ədəbiyyat qəzeti” ilə birgə layihənin əsasında hazırlanıb. Xüsusi buraxılış poeziyamızda vətən, Qarabağ mövzusuna həsr olunub.

Şeirlərin tərtibatçısı və “Poeziyada Vətən” adlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır.

Qeyd edək ki, ən seçmə şeirlərlə tərtib olunan jurnal Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ithafdır.

view 1838 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news