“Xaç atası” filminin aktyoru vəfat etdi    

“Xaç atası” filminin aktyoru vəfat etdi     
calendar 14 dekabr 2019
clock 12:00

“Xaç atası 2” filmində Toni Rozato obrazını canlandıran amerikalı aktyor Denni Ayello dünyasını dəyişib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, aktyor dünən gecə saatlarında 86 yaşında vəfat edib.

Xatırladaq ki, Deni Ayello məşhur rejissor Frensis Ford Koppolanın 1974-cü ildə ekranlaşdırdığı “Xaç atası 2” filmi ilə böyük şöhrət qazanıb. Bundan başqa o, “Bir dəfə Amerikada”, “Radio günü”, “Qahirənin al qızılgülü” filmlərində də maraqlı obrazlar yaradıb.

view 3195 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news