"Xaç atası" nın üçüncü hissəsi yeni versiyada təqdim olunacaq

"Xaç atası" nın üçüncü hissəsi yeni versiyada təqdim olunacaq
calendar 4 sentyabr 2020
clock 12:40

Amerikalı rejissor Frensis Ford Koppola “Xaç atası” filminin 3-cü hissəsini yeni versiyada təqdim edəcək.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Koppola , filmin yeni versiyasında bəzi səhnələrində və musiqilərində dəyişiklik etdiyini bildirib. Rejissorun sözlərinə görə, yeni versiya onun müəllif fikrinə daha yaxın olacaq.

Qeyd edək ki, yeni "Xaç atası 3" dekabr ayında nümayiş olunduqdan sonra rəqəmsal platformalarda yayımlanacaq.

view 2161 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news