“Zəlimxan Yaqub adına Poeziya Evi” tikiləcək

“Zəlimxan Yaqub adına Poeziya Evi” tikiləcək
calendar 21 yanvar 2020
clock 09:44

Xalq Şairi Zəlimxan Yaqubun anadan olduğu Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonunun Kəpənəkçi kəndində “Zəlimxan Yaqub adına Poeziya Evi” tikiləcək.

Kənd ağsaqqalı, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov bildirib ki, Bolnisi rayon bələdiyyəsi Kəpənəkçi kənd əhalisinin, eləcə də Zəlimxan sevənlərin müraciətinə müsbət cavab verib. Bələdiyyə Kəpənəkçi kəndində “Zəlimxan Yaqub adına Poeziya Evi”nin tikintisinə razılıq verib və torpaq sahəsi ayırıb.

Onun sözlərinə görə, yaxın günlərdə yeni mədəniyyət ocağının eskiz layihəsi də təsdiq olunacaq və tezliklə tikintiyə başlanılacaq.

Qeyd edək ki, yanvarın 23-də Kəpənəkçi kəndində xalq şairinin anadan olmasının 70 illiyi geniş qeyd olunacaq. /edebiyyatqazeti.az/

view 2140 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news